ABŞ-ın "Nyu-York Times" qəzeti BMT-nin "Mavi Mərmərə" hesabatınının bir qismini yayımlayıb. Yayımlanan hesabatda sionist İsrail rejiminin beynəlxalq sularda humanitar yardım gəmisinə basqın zamanı istifadə olunan güc "həddindən artıq və məntiqsiz" hücum olaraq qiymətləndirilib.
BMT-nin İstintaq Komissiyasının "Mavi Mərmərə" hesabatında İsrail rejiminin ordusu tərəfindən 2010-cu ilin may ayının 31-də beynəlxalq sularda "Mavi Mərmərə" gəmisində edilən hücum və bu hücum zamanı 9 Türkiyə vətəndaşının öldürülməsi ilə nəticələnən basqında istifadə olunan güc "həddindən artıq" olaraq qiymətləndirilir.
Qəzetin verdiyi xəbərə görə, hesabatda İsrail rejiminin Qəzza regionuna tətbiq etdiyi embarqo beynəlxalq hüquq normaları baxımından qanuni olaraq qiymətləndirilib.
105 səhifəlik hesabatda israilli komandoların "Mavi Mərmərə" gəmisinə basqın etdiyi vaxt "mütəşəkkil və şiddətli bir müqavimətlə" qarşılaşdıqları qeyd olunur. Hesabatda sionist əsgərlərin özlərini qorumaq üçün güc istifadə etdikləri, lakin bu gücün "həddindən artıq və məntiqsiz" olduğu ifadə edilir.
Hesabatda istifadə olunan gücün "həddindən artıq və məntiqsiz" olduğu qeyd olunmaqla yanaşı, sərnişinlərin öldürülməsinin qəbul ediləbilməz olduğu və İsrail rejiminin əsgərlərinin sərnişinlərlə pis rəftar etdiyi də qeyd olunur.
Hesabatda İsrail rejiminə baş vermiş hadisəyə görə uyğun bir şəkildə üzr istəməsi və təzminat ödəməsi tövsiyə olunur. İsrail rejiminin Qəzzaya tətbiq etdiyi embarqoya isə normal baxılır.
Hesabatda Qəzzaya dəniz vasitəsilə edilən yardımları təşkil edənlər haqqında "məsuliyyətsiz hərəkət edilib" ifadələri yer alır.
"Nyu-York Times" qəzeti, həmçinin xatırladır ki, Qəzzaya tətbiq olunan embarqonu yararaq yardım aparmaq istəyən altı gəmilik karvandan 15 ay əvvəl də digər yardım karvanları qurudan 72 dəniz mili uzaqlığında İsrail rejiminin əsgərlərinin basqınına məruz qalmışdı.
Qeyd edək ki, bu hesabat rəsmi olaraq BMT tərəfindən açıqlanmayıb. "Nyu-York Times" qəzeti bu məlumatın onlara etibarlı mənbələrdən sızdığını deyir. Hesabatın isə yaxın günlərdə açıqlanacağı qeyd olunur.
İsrail rejiminin qəzetləri BMT tərəfindən yayımlanacaq hesabatın "Nyu-York Times" qəzetinə sızan məlumatlarla üst-üstə düşəcəyini yazırlar.