Fransanın paytaxtı Parisdə yeni Liviyanın vəziyyəti ilə bağlı keçirilən beynəlxalq konfransda diktator Muammar Qəzzafi rejiminə məxsus olmuş 15 milyard dolları Milli Keçid Şurasına vermək barədə razılığa gəlinib. Bu barədə Fransa prezidenti Nikola Sarkozi bildirib, - “RBK” xəbər verir.
“Liviya nümayəndələri konfransın 63 iştirakçı ölkəsinə müraciət edərək, Liviyanın vəsaitlərini azad etməyi xahiş edib. Bir sıra müzakirələrdən sonra Liviya üçün 15 milyard dolların azad edilməsi qərarı verilib. Fransa bu gün 1,5 milyardı azad edəcək və Milli Keçid Şurasına təhvil verəcək”, - deyə Sarkozi bildirib.