POPULYARXƏBƏRLƏR

Səudiyyə Ərəbistanında Ramazan bayramı Saturnu görməklə elan edilibmiş - ARAŞDIRMA

Səudiyyə Ərəbistanının Ciddə şəhəri Astronomiya İdarəsi şəvval ayının hilalının görülməsi və Ramazan bayramının 30 avqustda elan olunmasının bir xəta olduğunu bəyan edib. Yayılan məlumata görə, bu səbəbdən Səudiyyə camaatının üzərinə düşən kəffarəni hökumət özü ödəyəcək. Ümumilikdə bu xətaya görə 1 milyard 600 milyon Səudiyyə rialı (təqribən 445 milyon dollar) dəyərində kəffarə ödəniləcək.

Səudiyyə Ərəbistanında Ramazan bayramı Saturnu görməklə elan edilibmiş - ARAŞDIRMA
Ciddə Astronomiya İdarəsindən yayılan rəsmi açıqlama belədir: "İdarə şəvval ayının hilalı yerinə Saturun planetini görüb. Ərəbistan xalqı hilal yerinə bu ulduzun görünməsinə görə iftar etmişdir. Halbuki, ilin bütün vaxtlarında Ərəbistanın bəzi yerlərində Saturun ulduzunu görmək mümkündür". Səudiyyə Ərəbistanı avqustun 30-nun bayram olmadığını rəsmən etiraf etməsinə baxmayaraq, Misir "Fətva" qurumu bayramın avqustun 30-da olmasında israr etməkdə davam edir. (abna)

Dünya qəzetləri idda edirlər ki, dünyada milyonlarla müsəlman göydə Ayı yox, Saturnu görüblər. Belə ki, 1-ci günün hilalı iddia edilən zaman yalnız Saturnu adi gözlə görmək mümkün olub.
"Bazar ertəsi axşam yeni ayın görünməsi qeyri-mümkündür". Bu barədə Ciddə Astronomik Cəmiyyətinin rəhbəri Məcid Abu Zəhra "Əl-Shorouk" qəzetinə deyib. O, sözünün davamında bildirib: "Bazar ertəsi günü ancaq Saturn gözlə görünə bilərdi. Bazar ertəsi Ay görünməyib. Buna Günəşin işığı imkan verə bilməzdi. Şua həddindən artıq güclü idi".
Bundan başqa, "Tahrir" müstəqil gündəlik qəzeti də 1 sentyabr sayında başlığa "Bu gün Şəvvalın ikisidir və Saturnun üçüdür" xəbərini çıxarmışdı. Və bazar ertəsi görünənin Saturn olduğunu vurğulamışdır.

Bu barədə "Teleqraf" qazeti də yazıb. "Biz Fitr bayramını vaxtından əvvəl keçirdikmi?" başlıqlı xəbərdə qəzet yazır ki, Səudiyyə Ərəbistanı Ayı Müşahidə Komitəsi yeni hilalın görünməsi xəbərində səhv edib. İslam Ay Müşahidə Layihəsi məlumat yayıb ki, bazar ertəsi axşam Səudiyyə Ərəbistanında ayı görmək qeyri-mümkün olub.

Məlumatı ərəb dilli mətbuatdan da araşdırdıq. Ərəbdilli "mbc.net" saytı yazır ki, Səudiyyə Ərəbistanın Ciddə Astonomiya Cəmiyyəti Şəvval ayının hilalın görünməsində şübhə edir və əmindir ki, görünən, əslində, Saturn ulduzu olub. Xəbərdə həmçinin Ciddə Astronomik Cəmiyyətinin rəhbəri Məcid Abu Zəhranın yuxarıda qeyd etdiyimiz fikirləri də yer alıb.

Nüfuzlu youm7.com saytı da bu haqda məlumatı təsdiqləyib. Qəzet deyir ki, Səudiyyə Astronomiya Cəmiyyəti Fitr bayramının hilalının görünməsində tərəddüd edir.
Bundan başqa, xəbəri ərəb dünyasının digər nüfuzlu xəbər portalları olan "Əl-əvsat", "Əl-Misri Əl-Yavm", "Daral-hayat", "Əl-Arabiyyə" də verib.

/deyerler.org/



Yerləşdirilib:2 Sentyabr, 2011  18:07, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com