Liviyada devrilmiş diktator Muammar Qəzzafi hökumətinin rəhbəri Bağdadi Əli əl-Mahmudi nümayişçilərin tərəfinə keçdiyini bəyan edib. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb, - “Lenta” xəbər verir.
Ərəb telekanalına müsahibəsində Əl-Mahmudi bildirib ki, o artıq nümayişçilərin qurduğu hökumət ilə - Milli Keçid Şurası ilə əlaqələr qurub. Bununla yanaşı, baş nazir qeyd edib ki, o hal-hazırda Liviya ərazisindədir.
Qeyd edək ki, bundan öncə baş nazirin Tunisə qaçması barədə məlumatlar yayılmışdı. Əl-Mahmudi Qəzzafi dövründə Liviyanın formal rəhbəri hesab olunurdu. O, dəfələrlə ölkədə münaqişənin dinc yolla həll edilməsinin tərəfdarı kimi çıxış edib. Hələ may ayında o hər iki tərəfə atəşi dayandırmağı və danışıqlara başlamağı təklif etmişdi.
/Deyerler.Org/