Suriya ordu qüvvələri Livanın Əncar vilayətinə daxil olublar. Şahidlərin sözlərinə görə, 15 suriyalı hərbiçi Livan ərazisinin 150 metrlik dərinliyinə daxil olaraq təpədə məskən salıblar. Hərbiçilər bunun səbəbinin açıqlamasalar da bu ərazinin qaçaqmalçıların mütəmadi istifadə etdikləri məkan olduğu bildirilir.