İraqın xarici işlər naziri Hoşyar Zebari Ankaradakı görüşlərini tamamlayaraq İstanbula gedib. İstanbula gələrkən onu türkiyəli həmkarı Əhməd Davudoğlu müşayiət edib.
Salamnews-un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan onlarla Beşiktaşda yerləşən Baş nazirliyin binasında görüşüb.