İslam.az ın euronews.net-ə istinadən verdiyi xəbərə görə, Liviyada müxalifət Siirt şəhərini almaq istəsədə bu mümkün olmamışdır,əksinə paytaxt Tripolidə Qəddafiyə bağlı silahlı qüvvələr şəhərə daxil olmağa cəhd göstərirlər.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Türkiyənin Dini İşlər İdarəsi arasında birgə bəyannamə imzalanıb. APA-nın məlumatına görə, bəyannaməyə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə və Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz imza atıb.
Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edəcək.
"Türkiyə ilə Azərbaycan arasında dini, mənəvi əlaqələrin inkişafı iki ölkə üçün deyil, bütün Qafqaz üçün, o cümlədən Rusiyada yaşayan müsəlmanların maraqlarına xidmət etmək üçündür".