İsrailli çavuş Gilad Şalidin 1027 fələstinli məhkumla dəyişdirilməsi üçün razılaşma əldə edən hər iki tərəf Türkiyəyə təşəkkür edib.

Salamnews-un "Hürriyət"ə istinadən verdiyi xəbərə görə, HƏMAS lideri Halid Məşaldan sonra İsrail prezidenti Şimon Peres də Baş nazir Rəcəb Tayyip Ərdoğanın səylərini tərifləyərək deyib: "Ərdoğanın mövqeyi mənim üçün xoş sürpriz oldu. İnsan amilini siyasi amildən üstün tutdular".
İsrail və Türkiyə iş adamları Şalidin azad edilməsi üçün Almaniyanın irəli sürdüyü təklifin HƏMAS tərəfindən qəbul edilməsində vasitəçi olmaq üçün Ərdoğan ilə əlaqə yaratmışdılar.