Suriya ordu qüvvələri Livanın Əncar vilayətinə daxil olublar. Şahidlərin sözlərinə görə, 15 suriyalı hərbiçi Livan ərazisinin 150 metrlik dərinliyinə daxil olaraq təpədə məskən salıblar. Hərbiçilər bunun səbəbinin açıqlamasalar da bu ərazinin qaçaqmalçıların mütəmadi istifadə etdikləri məkan olduğu bildirilir.
SalamNews-un "lenta.ru"ya istinadən verdiyi xəbərə görə, hərbiçilər öz ərazilərinə yalnız bölgəyə livanlı həmkarları gəldidən sonra qayıdıblar.
Bildirək ki, bu, Suriya hərbi birləşmələrinin Livan ərazisinə daxil olması ilə bağlı ilk hadisə deyil. Belə hadisələrdən birində suriyalı hərbiçiləri Bekaa vadisində Livan vətəndaşını güllələmişdilər. Haqdisədən hiddətlənən Livan höküməti qonşusundan ölkə suverenliyinə hörmətlə yanaşmağı tələb edib.