Azərbaycan və İraq arasında Bakı-Bağdad və Bakı-Nəcəf aviareyslərinin açılmasına dair danışıqlar aparılır. Bu barədə SalamNews–a İraqın Azərbaycandakı səfiri Heydər Şiə Əl-Bərrak məlumat verib.
Hacı adını almış azərbaycanlı zəvvarları gətirən ikinci avtobus karvanı gecə saatlarında Bakıya çatıb. APA-nın məlumatına görə, bununla da ziyarətə avtobusla getmiş zəvvarların hamısı sağ-salamat evlərinə dönüb.
Yaxın vaxtlarda Azərbaycanda İordaniya Ticarət Mərkəzinin açılacağı gözlənilir. APA-nın məlumatına görə, bunu İordaniya Krallığının Azərbaycandakı səfiri Adel Adaileh bildirib.
“İordaniya ilə Azərbaycan arasında təhsil sahəsində normal əməkdaşlıq var. Hazırda Azərbaycan Tibb Universitetində 29 iordaniyalı tələbə təhsil alır”. APA-nın məlumatına görə, bunu İordaniya Krallığının Azərbaycandakı səfiri Adel Adaileh deyib.
Məlum olduğu kimi, dini fəaliyyətlə bağlı olacaq dəyişikliklər layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları komitələrinin birgə iclasında müzakirə edilərək parlamentin plenar sessiyasına tövsiyə olunub.
Səudiyyə Ərəbistanı “Beynəlxalq müdafiə altında olan şəxslərə edilən terror hücumları” adlı qətnamə layihəsini BMT-nin 66-cı sessiyasının müzakirəsinə təqdim edib. Bu işdə onun himayədarı kimi ABŞ çıxış edib.