Azərbaycan və İraq arasında Bakı-Bağdad və Bakı-Nəcəf aviareyslərinin açılmasına dair danışıqlar aparılır. Bu barədə SalamNews–a İraqın Azərbaycandakı səfiri Heydər Şiə Əl-Bərrak məlumat verib.
Məsum İmamların məqbərələrini ziyarət edən azərbaycanlıların sayının çox olduğunu deyən səfir söyləyib ki, iki ölkə arasında turizm sahəsini genişləndirmək məqsədilə Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparılır.
O deyib: “Biz yalnız dini turizmlə məhdudlaşmaq istəmirik. Bizim niyyətimiz turizm sahəsini daha da genişləndirməkdən ibarətdir. Bununla bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə danışıqlar gedir”.