“İordaniya ilə Azərbaycan arasında təhsil sahəsində normal əməkdaşlıq var. Hazırda Azərbaycan Tibb Universitetində 29 iordaniyalı tələbə təhsil alır”. APA-nın məlumatına görə, bunu İordaniya Krallığının Azərbaycandakı səfiri Adel Adaileh deyib.
Səfirin sözlərinə görə, İordaniya Ali Təhsil Nazirli ilə Azərbaycanın Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında saziş var: “Gələcəkdə hər iki ölkənin təhsil sahəsində əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün lazımi addımlar atılacaq”.
Səfir deyib ki, hazırda İordaniyada 2 azərbaycanlı tələbə təhsil alır: “Azərbaycanlı tələbələrinin sayının az olması İordaniya tərəfi ilə bağlı deyil. Buna daha çox dil problemi mane olur. Əksinə, biz azərbaycanlı tələbələri İordaniyada təhsil almağa çağırırıq”.