Səudiyyə Ərəbistanı “Beynəlxalq müdafiə altında olan şəxslərə edilən terror hücumları” adlı qətnamə layihəsini BMT-nin 66-cı sessiyasının müzakirəsinə təqdim edib. Bu işdə onun himayədarı kimi ABŞ çıxış edib.
SalamNews İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Amerika cümə günü bu layihənin “BMT-nin terror əleyhinə strategiyası”nın 118-ci maddəsinin müzakirəsi zamanı Baş Assambleyanın gündəliyində səsə qoyulmasını planlaşdırır.