Azərbaycan hacılarının ikinci avtobus karvanının ilk avtobusları artıq ölkə ərazisinə daxil olub.
Karvanın 20 avtobusundan 9-u artıq Biləsuvar Buraxılış Məntəqəsindən keçərək, paytaxt Bakıya doğru irəliləməkdədir. Digərləri də məntəqəni keçməkdədirlər. Karvanın 3 avtobusu hazırda Naxçıvan sərhəddinin 50-60 km-dədir. Karvanın sonuncu avtobusu isə bu dəqiqlərdə Ərdəbil-Biləsuvar (İran) istiqamətində hərəkət etməkdir.
İkinci karvanın ilk avtobusunun bu axşam saat 21:00 radələrində Karvansaray ticarət mərkəzinin qarşındakı meydanda olması və qarşılanması gözlənilir.
Xatırladaq ki, 24 avtobusdan ibarət ilk karvanın bütün hacıları artıq vətəndədirlər. Bu il müqəddəs Həcc səfərinə 1350 azərbaycanlı avtobusla yola düşüb.