Misir Silahlı qüvvələrinin ali şurası ölkənin müxtəlif siyasi qüvvələrini bu gün müdafiə nazirliyinin binasında keçiriləcək dialoqa dəvət edib. Bu barədə «Müsəlman qardaşlar» hərəkatının saytı məlumat yayıb. Şura həmçinin ölkədəki qarşıdurmanın səbəblərini aydınlaşdırmaq üçün ədliyyə nazirliyinə komissiya yaratmağı tapşırıb.