Liviya Keçid Milli şurası ölkənin müvəqqəti hökumətinin tərkibini təsdiq edib. Bu barədə APA Reuters-ə istinadən məlumat verir.
Kabineti oktyabrın 31-də baş nazir təyin olunmuş 60 yaşlı elektrotexnika mütəxəssisi Əbdülrəhim əl-Kib formalaşdırıb.
Yeni hökumətdə xarici işlər naziri postunu Liviyanın BMT-dəki daimi nümayəndəsinin müavini İbrahim Dabbaşi tutacaq. Zintan şəhərindən olan səhra komandiri Üsamə əl-Cuauli müdafiə naziri, keçmiş neft naziri Əli Tarxuni maliyyə naziri vəzifələrini tutacaqlar. Neft sənayesində çalışmış Həsən Ziqlam neft naziri təyin olunub.