Çuvaşiyanın Müsəlmanların Mərkəzi Dini İdarəsinin rəhbəri Ayrat Xaybullov Rusiya Müftilər Şurasını tərk etməklə bağlı Ədliyyə Nazirliyində işlərin yekunlaşdırıldığını bildirib.
SalamNews-un "Interfax"a istinadən verdiyi xəbərə görə, bundan əvvəl Tatarıstan Müsəlmaları Dini İdarəsi və Penza vilayəti Vahid Dini İdarəsi də Rusiya Müftilər Şurasını tərk ediblər. Bundan başqa, Rusiya Federasiyası ali məhkəməsinin qərarı ilə Kazan müftiliyi ləğv olunub.