Vyanada keçirilən MAQATE konfransında ərəb ölkələrin təmsilçiləri İsraili atom silahlarından imtina etməyə və nüvə silahının yayılması üzrə müqaviləyə (NSYM) daxil olmağa çağırıblar.
SalamNews «Взгляд» portalına istinadən xəbər verir ki, Suriya və Livan üsyançıları çıxış edərək İsrailin ünvanına sərt sözlər səsləndirib və deyiblər ki, İsrailin nüvə silahı Yaxın Şərqdə sülhün bərpasına mane olur.
Ərəb ölkələrin nümayəndələri bəyan ediblər ki, bundan sonra İsrailin nüvə silahının yayılması üzrə müqaviləyə daxil olmasına çalışacaqlar. Növbəti dəfə buna gələn il Yaxın Şərq regional konfransında cəhd göstəriləcək.
Dünya ictimaiyyətin fikrincə, MAQATE konfransı Yaxın Şərqdə nüvə silahından azadlıq prossesin yaradılmasına təməl qoyacaq.