Türkiyə Prezidenti Abdulla Gül Suriyada ən pis ssenariyə hazır olduqlarını söyləyib.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, İngiltərədə rəsmi səfərdə olan Abdulla Gül BBC-yə verdiyi açıqlamada Suriyadakı hadisələrə bağlı danışıb. O deyib: "Biz bölgədə xoşbəxt, güclü və sabit Suriya dövlətinin olmasını istəyirik. Suriya bizim qonşumuzdur və tarixi bağlarımız var. Ancaq bu da məlumdur ki, bu dövrdə avtoritar rejimlər və bir partiyanın hakimiyyəti indi qəbul edilən deyil. Birincisi, ölkə vətəndaşları tərəfindən, sonra da bölgə və dünya tərəfindən qəbul edilməz. Buna görə də islahatların aparılmasına ehtiyac var".
Suriyanın daxili məsələlərinə müdaxilə etmək istəmədiklərini söyləyən A.Gül bu hadisələrə biganə qalmayacaqlarını da vurğulayıb. O, "Bəşər Əsədin istefa verməsinin lazım olduğunu düşünürsünüzmü?" sualı ilə bağlı deyib: "Bir kişinin və dövlət başçısının deyil, rejim və quruluş dəyişikliyi vacibdir. Biz ən pis ssenariyə hazırıq".