İranın Sistan və Bəlucistan vilayətində Daralulum dini məktəbinin rəhbəri, axund Mövlana Hafiz Şahbexş həbs olunub. APA-nın məlumatına görə, axund ötən həftə tutulsa da, xəbər yeni yayılıb. Hazırda Mövlana Hafiz Şahbexşin harada saxlanıldığı və konkret nədə günahlandırıldığı barədə heç bir məlumat yoxdur.