Azərbaycan və Ermənistanın dini liderləri Allahşükür Paşazadə və II Qareginin növbəti görüşlərindən biri döyüş bölgəsində keçiriləcək.
APA-nın xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Hacı Sabir Həsənli məlumat verib.
Bu barədə razılıq QMİ sədri A. Paşazadənin Ermənistana səfəri zamanı əldə edilib.
S. Həsənli görüş vaxtının hələlik dəqiqləşmədiyini söyləyib.