Misirin müftisi Şeyx Əli Cümə verdiyi fətva ilə sonuncu imam Məhdinin (ə.f) mövlud gününü qeyd etməyə icazə verib.
Ərəb KİV-nin verdiyi xəbərə görə, bu fətvaya əsasən, mövludu istənilən formada qeyd edilməsinə icazə verilib.
Misir qəzetlərinin birinə verdiyi müsahibədə şeyx bildirib ki, mövlud, o cümlədən məscidlərdə də qeyd edilə bilər. Amma şəriət qanunlarını pozmamaq şərti ilə.
Xatırladaq ki, Şeyx Əli Cümə daha öncə qəbirlərin ziyarətinə icazə vermişdi və bunu şirk və küfr hesab etməmişdi. /SalamNews/