Küveyt hökuməti öz istefa ərizəsini Küveyt əmiri şeyx Sabah əl-Sabaha təqdim edib. (dunyabulteni)
Müxalifətdən Xalid əl-Sultan adlı millət vəkili jurnalistlərə verdiyi açıqlamada bildirib ki, hökumət istefa edib və əmir də istefanı qəbul edib. Millət vəkili parlamentin buraxılmasından öncə yeni baş nazirin təyin edilməsini gözlədiklərini bildirib.
Qeyd edək ki, Küveyt müxalifəti nümayişlər üçün çağırışlar etmişdi. Onlar korrupsiyada günahlandırılan baş nazirin istintaqa cəlb olunmasını tələb edirlər.