İsrail rejiminin qondarma prezidenti Peres İordaniyaya səfər edib. (dunyabulteni)
İordaniya krallığından verilən məlumatlara görə, məqsəd Yaxın Şərqdəki məsələləri müzakirə etməkdir. Almaniyaya getməzdən öncə kral ikinci Abdulla qısa müddətə sionist rejimin rəhbəri ilə görüşüb.
Qeyd edək ki, son zamanlar İordaniya kralı Qərbin və sionist rejimin tərəfdarı olmadığı istiqamətdə siyasət aparır. Görünür, bu səbəbdən sionist rejim narahatlıq keçirməyə başlayıb.