“Bəzi mətbu orqanların və şəxslərin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin İrəvana səfər etməsi ilə bağlı qərəzli mövqe nümayiş etdirməsinə təəssüflənirik”.
APA-nın xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında QMİ sədrinin müavini Hacı Sabir Həsənli deyib. O bildirib ki, İrəvan səfərində məqsəd erməni tərəfi ilə görüşmək deyil, MDB ölkələri Dinlərarası Şurasının Rəyasət Heyətinin toplantısında iştirak etmək olub. Hacı Sabir Aleksandr Atanın da A. Paşazadə ilə birlikdə səfərdə iştirak etdiyini söyləyib.
S. Həsənlinin fikrincə, yaxın zamanlarda münaqişənin həllinə yol açıla bilər: “Mən orda ayrı-ayrı adamlardan soruşurdum ki, bu sizə lazım idimi? Deyirdilər yox. Onlarda bir peşmançılıq gördüm. Özləri böyük layihələrdən, o cümlədən Bakı-Tiflis-Ceyhan layihəsindən kənarda qaldıqlarını etiraf edirdilər”.
Hacı Sabir Azərbaycan TV-lərindən birində guya Allahşükür Paşazadə çıxış edərkən Ermənistan prezidentinin tədbir keçirilən zalı nümayişkaranə şəkildə tərk etməsi barədə yayılan xəbərin düzgün olmadığını açıqlayıb: “Sarkisyan Minsk Qrupunun həmsədrləri ilə görüşə gedirdi. Gedənə də dedi ki, biz görüşəcəyik. Sonra şeyxülislam və Qareginlə görüşdü