Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan AKP-nin fraksiya iclasında çıxış edib. Ərdoğan, Suriyada baş verən hadisələrlə bağlı dövlət başçısı Bəşər Əsədə səslənib: "Hesab verəcəksən".
Britaniya XİN başçısı Uilyam Heyq BMT TŞ-da Suriyaya dair qətnamənin qəbul olunmasının qarşısını almaqla Rusiya və Çinin ciddi səhv etdiklərini və Suriya xalqını satdıqlarını bəyan edib.
Vaşinqtonun əlində İranın nüvə proqramına dair dəqiq kəşfiyyat məlumatları var. APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama NBC telekanalına müsahibəsində bildirib.
İran hökuməti fevralın 6-da İran Böyük Britaniyanın “BBC” teleradio şirkətinin fars xidməti ilə əməkdaşlıq edən şəbəkənin ifşa olunduğu barədə məlumat yayıb.