İran İslam Respublikasının Ərdəbil vilayətinin ostandarı Hüseyn Sabirinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına ikigünlük işgüzar səfərə gəlib.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Qəzzaya göndərilən 1.5 milyon dollarlıq dərmanı daşıyan gəmi İsrailin "Aşdod" limanına yaxınlaşıb.
Fransa Senatının qəbul etdiyi qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğv olunması üçün Fransa Konstitusiya Məhkəməsinə müraciət etmiş senatorlardan bir qrupu fevralın 5-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Azərbaycana gələcək.
Suriya ordusu Xoms şəhərində kütləvi qırğın törədib. APA-nın məlumatına görə, ordu birləşmələrinin dinc kütləyə artilleriyadan atəş açması nəticəsində ən azı 217 nəfər ölüb, 600 nəfər yaralanıb.