Səudiyyə Ərəbistanı İran qazının yerini doldurmaq üçün Avropaya neft satışının həcmini artırıb.
Bu addımın İran hökumətinin narazılığına səbəb olduğu bildirilir. Səudiyyə Ərəbistanı Avropa ölkələrinə neft satışını artırmaqla, bu ölkələrin İran ixracından asılılığını azaltmağa imkan yaradır.
SalamNews-un "Asriran"a istinadən verdiyi xəbərə görə, Avropanın istehlakçı şirkətləri Səudiyyə Ərəbistanının neft təchizatını az həcmdə artırdığını bəyan ediblər. "Bununla belə, martın sonları üçün həcm əhəmiyyətli dərəcədə artırılacaq. Biz bu barədə Səudiyyə Ərəbistanına müraciət etdik, onların cavabı müsbət oldu", - şirkət nümayəndələrindən biri bildirib.
Xatırladaq ki, İranın neft naziri Rostem Qasemi Səudiyyə Ərəbsitanı və digər OPEK üzvlərinə müraciət edərək Avropaya neft ixracını artırmamağa çağırıb.