Britaniya XİN başçısı Uilyam Heyq BMT TŞ-da Suriyaya dair qətnamənin qəbul olunmasının qarşısını almaqla Rusiya və Çinin ciddi səhv etdiklərini və Suriya xalqını satdıqlarını bəyan edib.
«Biz bu vetonu Çin və Rusiya tərəfindən vəziyyətin qiymətləndirilməsində buraxılmış ciddi səhv kimi qiymətləndiririk», deyə Heyq özünün Twitter-dəki mikrobloqunda yazıb.
Onun sözlərinə görə, Böyük Britaniya və digər ölkələr Suriyaya dair qətnaməni BMT Baş Assambleyasının gündəliyinə çıxaracaqlar.