Bu il aprelin sonu may ayının əvvəllərinə yaxın İSESCO-nun İslam Miras Komitəsinin internet şəbəkəsi istifadəyə veriləcək.
SalamNews-in məlumatına görə, İSESCO təşkilatının yaradılmasının 30-cu ildönümü münasibətilə internet şəbəkəsinin açılışı Mərakeşdə keçiriləcək.
İSESCO-nun baş katibi Əbdüləziz Osman Əl-Tuyceri bu şəbəkə ilə bağlı bildirib ki, bu vebsayt islam miras komitəsinə islamın əsas mədəniyyətində hazırda mövcud olan çətinliklərin aradan qaldırılması üçün bir fürsətdir. Tezliklə fəaliyyətə başlayacaq bu sayt müsəlmanlar və bütün sayt istifadəçiləri üçün mənəvi və mədəni dəyərlər daşıyacaq və hamı islam mədəniyyəti və onun digər mədəniyyətlərə təsiri ilə bağlı məlumatlar əldə edəcəklər.