İndoneziyada Məhərrəm ayı dövründə vahabi ekstremistlərin şiələrə hücumları baş verir.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə İraq mətbuatı məlumat yayıb. Belə ki, Sambanq şəhərində 60 şiə ailəsi fiziki məhv təhlükəsi altındadır.
İraq mətbuatı yazır: “Vahabilər şiələrin yaşadıqları evlərə hücum edərək, onları şəhər stadionunda sığınacaq tapmağa vadar ediblər. Noyabrın 29-dan bu yana stadionda qalmış şəxslərə su və qida çatdırılmasına yerli əhali maneçilik törədir. Hakimiyyət şiələri şəhəri tərk etməyi tələb edir. Şiə əhali isə, bu əmr yerinə yetirməkdən imtina edir. “Karanq Qiyam” qəsəbəsinin şiələri də vahabilərin hücumuna məruz qalıb. Nəticədə, qəsəbə yandırılıb, 2 nəfər öldürülüb, daha 10 nəfər isə xəsarət alıb”.
İndoneziyanın paytaxtı Cakarta, bir sıra digər şəhərlər, həmçinin, Yava adasında dinlərarası qarşıdurmanın gücləndirilməsinə Səudiyyə Ərəbistanı səfirliyinin maliyyə yardımı ayırdığı bildirilir. Bundan başqa, Qətər hökumətinin iki ildir İndoneziyada fəaliyyət göstərən vahabi hərəkatına maliyyə yardımı ayırdığı barədə xəbər verilir.