POPULYARXƏBƏRLƏR

“Mənə yemək gərəkdir, bax günahın bu”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstinə bu təşkilatda müşahidəçi dövlət statusu verilməsinə dair qətnamə qəbul etdi.
BMT-yə üzv olan 193 dövlətdən 138-i qətnamənin lehinə, 9-u əleyhinə səs verib, 41 dövlət “bitərəf” qalıb. Digər dövlətlər səs verməkdən imtina ediblər.

Əksəriyyət baş verən hadisəni fələstinlilərin, kiçik də olsa, qələbəsi kimi qələmə verməyə tələsdi. Amma doğurdanmı bu bir zəfərdir? BMT-nin sözügedən qətnaməsinin qəbulundan sonra dünyada, Yaxın Şərqdə, sadə fələstinlilərin həyatlarında nə kimi ciddi, qlobal dəyişikliklər baş verəcək? Bəlkə də kimsə bizi bədbinlikdə ittiham edəcək, amma ciddi dəyişikliklər gözləmək sadəlövhlük olardı. Bir qədər də irəli getsək, heç bir dəyişikliyin baş verməyəcəyini demək məcburiyyətində qalacağıq. Belə düşünməyimizin də əsas var.

Əvvəla, istər BMT, istərsə də hansısa beynəlxalq təşkilatların qərarları, qətnamələri ABŞ-ın maraqlarına zidd olacağı təqdirdə həyata keçirilmir. Ağ Ev isə sözügedən məsələdə mövqeyini gizlətməyə ehtiyac duymadı. Həqiqətən də, kimdən, nə üçün gizlətməlidir? Çox sayda kağız qaralamaq olar. Amma bu cızma-qaraların reallaşması birbaşa Birləşmiş Ştatların iradəsindən asılıdır. Belə nümunələr də kifayət qədərdir. İsrailə aid olan məsələləri yada salmaq kifayətdir. Sionist qurum ABŞ-ın Yaxın Şərq filialıdır. Odur ki, Ağ Evin hansısa təşkilatın, hətta BMT-nin olsa belə, qərarına görə xarici siyasətinin vektorlarını dəyişəcəyi ehtimalı “sıfır”a bərabərdir.

İkincisi, BMT-nin daha öncə qəbul etdiyi qətnamələrin elə kağız üzərində qalmasına dair də kifayət qədər nümunə göstərmək mümkündür. Uzağa getmək də lazım deyil, elə Qarabağ münaqişəsi üzrə 1993-cü ildə ardıcıl qəbul edilən 4 qətnaməni xatırlamaq kifayətdir. Artıq 20 ilə yaxın müddət keçsə də, ermənilər işğal etdikləri torpaqları nəinki tərk etməyiblər, heç bu haqda düşünmürlər də. İndi də israillilərin və onların amerikalı havadarlarının BMT-nin qətnaməsindən sonra dərhal tövbə edəcəklərini və bir daha günahsız fələstinliləri, uşaqları, qocaları qətlə yetirməyəcəklərini gözləməyinə dəyməz.

Sözügedən məsələ üzrə səsvermə başa çatdıqdan dərhal sonra ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Syuzan Rays bildirib ki, “qəbul edilən qətnamə sülhə aparan yolda yeni maneələr yaradacaq və ABŞ bunun əleyhinədir”. Raysın sözlərində məntiq aramaqla özünüzü yormayın. Məntiq sadəcə olaraq yoxdur, ola da bilməzdi. Çünki ABŞ-ın bütün siyasətinin təməlində Krılovun “Qurd və quzu” təmsilindəki prinsip dayanır: “Mənə yemək gərəkdir, bax günahın bu”. Vəssalam. Əgər ABŞ acdırsa – bitdi! Artıq heç bir qətnamələr, qərarlar, mənəviyyat qanunları yardım etməyəcək. Nişangaha alınan qurbangaha göndəriləcək. Əlbəttə ki, Yaxın Şərqdə bəzi ölkə və siyasi hərəkatların simasında istisnalar da var. Bu istisnalar artıq uzun illərdir ki, ABŞ və müttəfiqlərinin təzyiqlərinə məruz qalırlar. Hərçənd, İsrail ABŞ-a elə belə “anlaşılmazlıqlarla” mübarizə üçün gərəkdir. Yaxın gələcəkdə də Ağ Ev mövqeyindən geri çəkilmək niyyətində deyil. Odur ki, Yaxın Şərqdə gərginlik zərrə qədər də azalmayacaq. Hər şey elə əvvəlki kimi, İsrailin yarandığı gündən indiyə qədər davam edən tərzdə qalacaq.

P.S. Yəqin bu nadir hallardan biridir ki, müəllif səmimi qəlbdən proqnozlarında yanılmaq istərdi.



Yerləşdirilib:4 Dekabr, 2012  21:11, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com