POPULYARXƏBƏRLƏR

Qəlbin qüslu - göz yaşı

Allah tərəfindən insana bəxş edilən nemətdir göz yaşı. Həm sevinərkən, həm kədərlənərkən gözlərimizdən gələn yaşın mahiyyəti nədir görəsən? Niyə insan ağlayır? Axı bu hansı ehtiyacdan irəli gəlir? Bütün bu sualların cavabı var.

Əvvəlcə qısa bir haşiyə. Dünyaya gələn bütün insanların ilk işi ağlamaqdır. Körpə ağlayaraq fəryad edir. Əslində bu səsə biz sevinirik. Amma dünyaya gələn insan fitrətində Allah tərəfindən yazlmış koda uyğun olaraq zindana - dünya zindanına düşdüyünü dərk edir və fəryad edir. Lakin artıq gecdir və sən hələ zərrə halında olarkən “Mən sizin rəbbinizəmmi?” sualın “Bəli” cavabını vermisən. Odur ki, verdiyin bu cavaba görə imtahan olunacaqsan bu zindanda.

Kədərlənirik, ağlayırıq... Qəlbimiz sıxılır ağlayırıq. Axı niyə? Çünkü ürək onu əhatə edən mənfi hallarla dolur, təmizlənməyə ehtiyac duyur və göz yaşı ilə qüsl verir özünə. Bəzən belə bir deyimlə rastlaşırıq: “Ağla, ürəyini boşalt”. Bu təsadüfi deyil. İnsanın fitrətində ona görə qoyulub ki, Allahın Qurani-Kərimdə vəd etdiyi kimi “heç kim daşıya bilməyəcəyindən artıq yüklə yüklənməsin.” Budur göz yaşının fəlsəfəsi.

Sevinirik, ağlayırıq... Ürəyimiz sevinir, amma yenə ağlayırıq. Axı niyə? Çünki ürək onu əhatə edən sevinclə dolur və ətrafdıkılarla bunu paylaşmaq istəyir. “Sevunc göz yaşları” ifadəsi burdan yaranır.

Bəzən ürəkdən gülürük. Gözlərimizdən yaş gəlir. Ağlayırıq sanki. Gülməyin içərisində gizlənən göz yaşıdır bu. Ürək şənlənir, dolur daşır və göz yaşı ilə bunu izhar edir.

Allahın insan fitrətinə qoyduğu bu kod hər zaman açıqdır. Bəzən kimlərsə “ağlaya bilmirəm” deyir. Qəlb sıxılır, sevinir, şənlənir, amma göz yaşı yoxdur. Görəsən niyə? Çünki ürək artıq qəsavət bağlayıb və içində olanı çölə ata bilmir. Bəzən “Ağlamayan qəlb möhürlənib” deyirlər.
Amma, ancaq və lakin... Hər kəs həyatında bir dəfə də olsa ağlayır. Gözlərindən yaş gəlir. Adam da var ki, hər zaman ağlayır. Xalq arasında deyildiyi kimi “gözünün yaşı əlindədir”, yəni qəlbi kövrəkdir.

Ağlamaq... Gözəl hissdir. Bir ağlamaq da var ki, digərlərindən fərqlənir. Allah qarşısında günahları üçün insanın ağlaması. Gecənin səssizliyi, kimsə səni görmür. Yalnız sən və Allahındır. Öz günahlarını etiraf edirsən və ağlayırsan. Bu ağlamaqda riya yoxdur. Ağla və etiraf et. Qəlbinə qüsl ver və paklan, Allah dərgahına anadan olduğun kimi pak get.

P.S. Bir ağlamaq da var. O da Kərbəla sərvəri İmam Hüseyn (ə) üçün ağlamaq. Amma bu ağlamaq acizlikdən deyil, mübarizlikdən doğur. İmamın (ə) məktəbini yaşatmaq üçün qəlbini paklamaq və yolları aydınlatmaq üçün olan ağlamaqdır.



Yerləşdirilib:5 Dekabr, 2012  16:18, ]]>Çap]]>
 
Bu bölmədə:
19 Noyabr, 2014
No problem!
4 Avqust, 2014
12 şəhid

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com