POPULYARXƏBƏRLƏR

Şeytanın elçiləri

Son zamanlar sosial şəbəkələrdə, müxtəlif saytlarda yeni-yeni “peyğəmbərlər” peyda olur. Özünə rəsul, elçi, övliya, imam deyənlər də az deyil. Bunların hamısının qaynağı isə, öz iddialarına görə, vəhydir. Amma maraqlıdır ki, bu vəhy kimdən gəlir? Bu barədə bir az sonra.

Əvvəlcə bu cür “peyğəmbərlərin” bir neçəsi haqqında maraqlı faktlar barədə yazmaq istərdik. Yəqin, bir çoxlarınız Ələsgər “peyğəmbər” barəsində eşidib. Eşitməyənlər də bu yazıdan sonra məlumatlı olacaqlar. Özünü “peyğəmbər” elan edən bu adamın ətrafında olanların elə hamısı ucdantutma “rəsullardır”. Yəni kim bunlara qoşulsa avtomatik “peyğəmbərlik” titulu qazanmış olur. Bu yaxınlarda bu “peyğəmbərlərdən” biri anasının dəfn mərasimini videoya çəkib sosial şəbəkələrdə paylaşıb. Onu böyüdüb boya-başa çatdırmış bir insanı hörmətsiz şəkildə salofana bükərək yerlə sürüyür və basdırır. Hələ dəfn mərasimində olanlarından bir o birinə “Tural əleyhisalam, o beli ver Vüsal əleyhisalama” deyir. İndi bu “əleyhisalamlardan” nə qədərdir - deyə bilmərəm. Amma başqa bir “peyğəmbərin” sübutları barəsində yazmaq istəyirəm. Gülünc də olsa, bu faktın özü acnacaqlıdır. Peyğəmbərlik iddiasında olanlardan biri qəribə bir sübut gətirib. Deyib ki, bəs mənim rəsul olduğumu firon da qəbul edib. Fironun kim olması barəsində suala gəlincə isə “peyğəmbərin” cavabı lap əttökən olub. Deyib ki, bəs mənim anamın adı Firuzədir, o və bir qardaşım mənə iman gətirib. Anamın adından “Fir”, qardaşım da 1-cu olduğu üçün “on” götürürük, oldu “firon.”

Bəli, bunlar nə dərəcə inandırıcı görünməsə də, həqiqətdir. Çox təəssüf olsun ki, bu cür həqiqətlərin sayı az deyil. Ən maraqlısı isə bəzi insanların həqiqətən də belə “peyğəmbərlərə” “iman gətirməsidir”.

Yazının əvvəlində bu “peyğəmbərlərə” gələn “vəhyin” sahibindən danışdıq. Əlbəttə ki, belələri ya ruhi xəstədir, ya da ki, şeytanın elçiləri. İnsanları yolundan azdıracağına and içən iblisin bu metodu zəiflər üzərində təsirli olur. Bunun təsirinin aradan aparılması üçün isə yeganə yol dini maarifləndirmədir. Nə qədər ki, yas məclislərində ərəbcə fatihə ilə kifayətlənib dini maarifləndirmə aparılmayacaqsa, axund və mollalar ancaq məclislərdə yasin oxuyub, məscidlərdə mənbəri boş qoyacaqlarsa və ya ən yaxşı halda gülməli hədislərlə insanları dindən uzaqlaşdıracaqlarsa, belə “peyğəmbərlərin” sayı da artacaq.

P.S. Axırzamanda bu cür halların baş verməsi təbiidir. Amma unutmaq lazım deyil ki, bir ömr savab bir anın içində yanaraq kül olur və onun atəşi insanı cəhənnəmdə gözləyir.

 



Yerləşdirilib:13 Fevral, 2013  15:36, ]]>Çap]]>
 
Bu bölmədə:
19 Noyabr, 2014
No problem!
4 Avqust, 2014
12 şəhid

Son şərhlər : 3
Müəllif: Asya | 13 Fevral, 2013  11:48
# Ответить
+4


]]>]]>

Iller kecdikce insanlar agillanmaqdan daha da geri gedirler. Ona goredir ki, Cennet ehlinden en az hisse son ummetden olacaq.
Müəllif: cashier | 13 Fevral, 2013  12:39
# Ответить
+4


]]>]]>

gulmelidi.bular hansi mesebdir?
Müəllif: Nazim | 13 Fevral, 2013  14:52
# Ответить
+4


]]>]]>

Salam aleykum.Bu sheyqamberlerin ozleri dediyine qore 300 nefer sayi var ve artmaqdadirlar,bunlarin qarshisi alinmasa Azerbaycan odlar yurdu yox "resillar" yurduna cevrilecek.Sheytanqamberler sirf islam dushmenlerine ishleyirler,bu dushmenlerin kimliyi ise artiq hec kese sirr deyildir.Bu cure tenqidi aydinliqlari KiV-ler vasitesi ile artirmaq lazimdir ki vetendashlarimiz bele telelere dushmesinler.Teshekkur.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com