POPULYARXƏBƏRLƏR

12 şəhid

12 şəhid! Bəlkə də bu acını yaşamaq kimin üçünsə asadır. Ola bilsin ki, kimsə “vətən uğrunda şəhid olarlar” deyib özünə təskinlik verir. Amma ən azı birinci Qarabağ müharibəsini yaşamış biri kimi bu mənə heç də asan deyil. Hər gün kəndimizə gətirilən şəhidlər, evlərdən qopan ah-nalə səsləri bu gün də qulaqlarımdadır. Son günlərdə baş verənlər məni bir daha uşaqlığıma, müharibənin ağrılı-acılı günlərinə qaytardı...

Uşaqlığımı xatırlayıram. Düzü, mənim indiki oyuncaqlardan heç biri olmayıb. Hətta maşınım, robotum da olmayıb.... hərdən bizim oynadığımız oyuncaqlar göz önünə gələndə, dünyanı necə dərk etdiyimizdən dəhşətə gəlirəm.. Təsəvvür edin, 5 yaşlı bir uşağın oyuncağı avtomat gülləsi, barıt, top gülləsi və bu kimi silahlar olur.. o zaman həmin uşaq dünyanı necə dərk edər?! Yadıma gəlir, əsgərlər kəndimizə gələndə babamın siqaretini oğurlayıb onlara verir, əvəzində avtomat gülləsi alırdım. Kənddə kimin gülləsi çox idisə, o ən  hörmətli uşaq hesab olunurdu. Bir dəfə mən əsgərlərdən avtomat darağı almışdım. Güllələrimi onun içinə doldurmuşdum. Kənddəki bütün uşaqlar başıma toplaşıb bu qəribə “oyuncağa” baxırdılar. Onu məndən satın almaq üçün sanki auksion da keçirirdilər. Müxtəlif şeylər təklif edənlər var idi. Biri hətta dedi ki, atımı sənə verərəm, onu ver mənə. Amma ən hörmətli uşaq titulunu kiməsə satmaq istəmirdim.

Bir gün anamın kağızın arasına nəsə qoyduğunu gördüm. Yaxınlaşıb:

- Ana, bu nədir? - deyə soruşdum.

- Qəlpədir, - dedi.

- Ana onu mənə ver. Heç olmasa birini ver, - deyə yalvarmağa başladım.

- Olmaz, - dedi.

Axı hardan biləydim ki, o qəlpələr müharibədə yaralanmış dayımın bədənindən çıxarılıb. Güllənin, qəlpənin insan canını aldığını dərk etmirdim. O mənim üçün sadəcə bir  oyuncaq idi...

Son günlər Qarabağda gedən döyüşlərdə yaralanan bir əsgərimiz də şəhid oldu. Düşmən qəlpəsindən yaralanmış Azərbaycan əsgəri.

Bu hadisə də heç də uzaq olmayan bir keçmişi mənə xatırlatdı. Kənddə qonşumuz vəd idi. Gözlərinin ağı-qarası bircə oğlanları Mahir cəbhədə olanda anası hər gün dua edirdi ki, oğlu sağ-salamat gəlsin. Oğlu gəldi, amma yaralı. Xəstəxanada yatdı iki ay, fəqət, o da şəhidlərin cərgəsinə qoşuldu. Anası isə onun dəfnində dedi: “Allah mənə bir oğul vermişdi. Vətən qurban tələb etdi, mən də verdim. Təki Vətən sağ olsun!!!” Bu gün şəhid analarına məhz bu cür səbr lazımdır.

P.S. Birinci Qarabağ müharibəsindən fərqli olaraq bu gün Azərbaycan kifayət qədər güclü orduya sahibdir. Bu son günlərdə baş verənlər bir daha sübut etdi ki, hələ də vətənə qurban edə biləcəyimiz igidlərimiz var. Bunu da unutmayaq ki, müharibədə ölmək yox, düşməni öldürmək lazımdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!!!




Yerləşdirilib:4 Avqust, 2014  22:17, ]]>Çap]]>
 
Bu bölmədə:
19 Noyabr, 2014
No problem!

Son şərhlər : 1
Müəllif: deniz | 4 Avqust, 2014  17:56
# Ответить
+2


]]>]]>

"Muharibede ölmek yox, düşməni öldürmək lazimdir"InshAllah ele olar.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com