Keçdiyimiz Ramazan ayı bir çox hadisələrlə yadda qaldı.
Bu gün ayın əvvəlinin və sonunun sabit olmasında yaranan ixtilaflardan yazmaq fikrimiz yoxdur. Çünki bu gün müsəlmanı vacib olsa belə ən son maraqlandıran hal olmalıdır. Axı islam təkcə namaz, oruc, xüms, zəkan və s. ibarət deyil. İslam bir də ictimai tərəfi var ki, təəssüflər olsun ki, bzən bu bizləri daha az maraqlandırır.
Ramazan ayı boyunca əksər müsəlman ölkələri sanki qan çanağına döndü. Suriya dərdi başa çatmamış İŞİD adlı terrorçu qruplaşmanın İraqa hücumu və müsəlmanların qanını tökməsi ürəyimizi ağrıtdı. Lakin dər üzərinə bir dərd də Fələstin oldu. Yenə Ramazan ayı gələn kimi İsrail tərəfindən bombardıman edilən Qəzza zolağı hər gün onlarla şəhid verdi, körpə qətllərinə şahid oldu. Ramazan orucunun imsakını bomba səsi ilə qarşılayan Qəzzalılar iftarda öz yaxınlarının cənazəsi ilə üz-üzə qaldılar. Dünya isə buna susdu.
Dünən isə Ramazan bayramı idi və müsəlmanlar bir aylıq orucdan sonra bayram edirdilər. Lakin Fələstin xalqının isə bu dəfə də bayramı qara gəlmişdi. Sosial şəbəkələrdə, internet saytlarında dünyanın müxtəlif ölkələrində qılınan izdihamlı bayram namazlarının fotoları yayıldı. Hər kəs bir-birinə “Bayramın mübarək olsun” deyib sevindi. Amma Qəzzada...
Qəzzada da bayram namazı qılındı. Amma qəzzanın bu dəfə də səcdəgahı şəhid qanı oldu. Bu dəfə də bayramda alınlar hər an başlarına bomba düşəcəyini bilə-bilə qan üzərinə əyildi.
P.S. Bir neçə gün öncə sosial şəbəkələrin birində maraqlı bir video ilə rastlaşdım. İsrail və Fələstində həlak olanların dəfn mərasimi göstərilirdi. İsraildə bir nəfər. Qəzzada isə onlarla cənazə çiyinlər üstündə idi. Ölüm, itki ağırdır lakin...
İsraildəki dəfn mərasimində ah, nalə, göz yaşı və qışqırıq var idi. Hamı ölən üçün ağlayırdı. Qəzzada isə onlarla şəhid “Allahu Əkbər” sədaları altında aparılırdı. Amma heç kim ağlamırdı. Üzlərdə yalnız bir ifadə vardı. Mübarizə əzmi. Bir anlıq düşündüm. Bəlkə də İsraildə dəfn edilən əsgər, Fələstində fəfn edilən onlarla şəhidin başına bomba salan təyyarənin pilotu idi...