POPULYARXƏBƏRLƏR

Ölümüzü harda basdıraq?

Ötən həftə dostlarımdan birinin atası vəfat etmişdi. Yaşadıqları ərazidən tamamilə uzaq bir yerdə dəfn etdilər. Əvvəlcə elə bildim ki, buranı seçməkdə bir özəllik var. Adətən insanlar yaxın adamlarını bir yerdə dəfn edirlər ki, ziyarətə gələndə rahatlıq olsun. Həm də buna bir mənəvi tərəf də düşünürlər. Məsələn, “qoy bir-birinin yanında olsun” (əslində kimin kimin yanında olacağını qiyamət günü biləcəyik.) Amma sonradan məlum oldu ki, evlərinə yaxın ərazidəki qəbiristanlıqda yer olmadığından bu addımı atıblar. Dostumun başqa bir sözü də məni düşünməyə vadar etdi: “Bura ucuzluqdu. Bizim yanımızdakı qəbiristanlıqda yer yoxdur, olsa da, çox baha başa gəlir.”

Qəbristanlıqlarda yerin pulla satıldığı heç kimə sirr deyil. Bu qiymət yerinə görə dəyişir. Bəzi qəbristanlıqlarda isə qiymət elə bahadır ki, burda ancaq imkanlı adamlar öz ölənlərini dəfn edə bilir. Digər bir aspekt isə regional qəbristanlıqların olmasıdır. Məsələn, “gürcüstanlılar”, “naxçıvanlılar”, “gəncəlilər” və.s kimi. Bu qəbristanlıqlarda həmin regiondan olan, amma Bakıya köçüb burda yaşayanlanların yaxınları dəfn olunur.

Qəbristanlıq “parkları”

Hazırda bir sıra qəbristanlıqlarda yerlər dəfn olunanların sayına görə deyil, puluna görə bölünüb desək, yanılmarıq. Bir də görürsən ki, eni-uzunu 20 metr olan bir ərazidə “mini park” yaradılıb. İçərisində də cəmi bircə qəbir var. Belə parklarda işıq dirəklərindən tutmuş, su, kanalizasiya sisteminə, oturacaqlara qədər hər şey düşünülüb.

Əvvəlcən sifariş edilən qəbir yerləri...

İslamda insanın özünün ölməmişdən öncə qəbrini qazması və hazır qoyması bəyənilən əməldir. Bunun əsas səbəbi öldüyü zaman digər insanları əziyyətə salmamaq üçündür. Amma bizdə bu əməlin də ifratını çıxarıblar. Belə ki, bəzən geniş bir ərazi alınır və boş saxlanılır. “Puluna minnət” prinsipi ilə edilən bu əməl başqalarının haqqına girməyə səbəb olur. Boş qəbirlər dolu olan qəbiristanlıqda ölən insanı basdırmağa yer tapılmır.
“Mərmər hovuzun dörd qırağında”...

İndi bizim qəibristanlıqlarda ölülər üçün elə cəh-cəlal yaradılır ki, Misir fironları bunu görsəydilər bəlkə də həsəd aparırdılar. Ölənin mərmərdən qəbirdaşının üzərində çardaq düzəldən kim, stol, stul, müxtəlif şkaflar yığdıran kim, mərmər hovuzlar, fəvvarələr düzəltdirənlər kim... Bunları görəndə ibtidai icma dövründə insanların dəfn prosesi yada düşür. İbtidai insanlar öləndən sonra insanın qəbirdə diriləcəyinə inandıqları üçün onun yanına yemək, su qoyurdular. Daha varlı adamlar öz qulluqçularının da özləri ilə birgə basdırılmasını vəsiyyət edirdilər.
P.S. Bəziləri buna qəti etiraz edir. Qəbirlərin hətta üstünün düzəldilməsini belə pis əməl hesab edir. Amma iş özünə gələndə yenə də o “pis əməli” təkrarlayır. Bir çoxları isə bunu nəzarətsizliklə əlaqələndirir. Deyirlər ki, nə bilim dövlət, aidiyyatı qurumlar buna nəzarət etməlidir. Amma bütün bunlar faydasızdır. İnsanların təfəkkürü dəyişməyincə bu belə də gecədək.

P.P.S. Öləndə bu dünyadan əməl aparmaq lazımdır. Ölənə yaxşılıq etmək istəyən isə xərc çəkib onun qəbrinin üstündə cəh-cəlal düzəldincə, o pullla bir kasib ailənin qarnını doyursa və savabını ölən adama hədiyyə etsə daha faydalı olar. Allah bizi dünyagirlərdən etməsin. AMİN!



Yerləşdirilib:14 Yanvar, 2013  18:09, ]]>Çap]]>
 
Bu bölmədə:
19 Noyabr, 2014
No problem!
4 Avqust, 2014
12 şəhid

Son şərhlər : 3
Müəllif: Muslim | 14 Yanvar, 2013  15:12
# Ответить
+4


]]>]]>

Gözəl yazıdır. Təşəkkürlər.
Müəllif: Nazim | 15 Yanvar, 2013  00:07
# Ответить
+5


]]>]]>

Salam aleykum.Muhammed qardash hele bu harasidir sen qorx o gunden ki kiminse qebrin qazanda 6 sotun icinde merhum ucun qebrinin dordbiryanin ehate eden yeralti VIP restoran tiksinler ozudeki 22 mertebeli beshulduz otelnen filanla o-ci mertebesinde stayankasi ile birlikde ki yerin ustunden onun yanina gelen qonaqlari ozune layiq qebul ede bilsin,fantastik olsada bele getse deyesen onuda goreceyik.Allah bize o gunu gostermesin.
Müəllif: Ayaz | 14 Fevral, 2013  16:46
# Ответить
+1


]]>]]>

Amin İnşallah, məqaləyə görə sağolun..
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com