“Siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istərlər.” 4/91.
“(Bu) Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər. 4/142.
“(Onlar imanla küfr arasında) tərəddüd edib nə bunlara, nə də onlara tərəf dönərlər!”. 4/143.
“Onlar: “İtaət edirik!" - deyir, lakin ayrılıb(şeytansifət rəhbərləri yanına) getdikləri zaman bir qismi dediyinin əksinə fikirləşir”. 4/81.
“(Siz cihad meydanına gedəndə) Bunlar da hər dəfə (rəhbərlərinin göstərişi ilə) fitnə-fəsad törətmək üçün başıaşağı ora atılarlar”. 4/91.
“Allah onların niyyətində olanları yazır. Sən onlardan üz çevir, Allaha təvəkkül et! Allahın vəkil olması kifayət edər”. 4/81.
“Allahın azdırdığı şəxs üçün heç bir yol (nicat) tapa bilməzsən!”. 4/143.
“Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!”. 4/145.
“Sizə Allah tərəfindən bir qələbə üz verdikdə (münafiqlər): "Məgər biz də sizinlə deyildikmi? " deyər, (müvəqqəti uğur) kafirlərə nəsib olduqda isə: "Məgər (sizə qarşı vuruşsaydıq) biz sizə qalib gələ bilməzdikmi? Məgər biz möminlərə (vəsvəsə edib) mane olmadıqmi? " - söyləyərlər”. 4/141.
“Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (dünya və axirətdə) böyük mükafat verəcəyik!”. 4/114.
“Ey iman gətirənlər! Möminləri qoyub kafirləri dost tutmayın! Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz?”. 4/144.
“Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun”. 4/89.
“Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr” (4/91) “(və ya) Allah yolunda cihad etməyənə qədər onları (özünüzə) dost tutmayın!”. 4/89.
“Biz onların əleyhinə çıxmaq üçün sizə açıq fərman verdik”. 4/91.
P.S. Allah bizləri bu cür insanlardan qorusun.