Gözlərimdə yaş var. Qəzza canlanır gözüm önündə... Güllələrə tuş gələn məsum körpələr gəlir gözümün önünə... Zülmə məruz qalan qocalar, qadınlar gəlir gözümün önünə...Təcili yardim sirenləri, qışqırıq, partlayış...
Budur bir raket zərbəsi, səhər sahur etmək üçün qalxan Qəzzalı ailənin evinə düşür. Bir stəkan su, 3 xurma, bir parça çörək olan sahur qabı qana boyanır...
Budur bir səhnə daha...Güllələnmiş körpəsini sinısinə sıxan ana, ölmüş anasının hərəkətsiz qollarını boynuna sarıyan körpə...Üç uşağını birdən itirən atanın fəryadı...
Budur raket atılır. Bir xəstəxanın yaxınlığına düşür.Bir ağlamaq səsi gəlir. Yeni bir fələstinli dünyaya gəlir bu an. Odun. Alovun içərisində. O doğulanda ilk eşitdiyi güllə səsidir. Onu dünyaya gətirən anasını itirir doğulan kimi. Həyatın acısını dadır, gözünü açan kimi. Amma...
Daşla, ağacla, sapandla savaşmağı öyrənir böyüdükcə. Bütün çətinlikləri görür böyüdükcə. Güllələr yağır başına amma tərk etmir öz doğma şəhərini. Çünki o artıq öyrəşib buna. Doğulanda eşitdiyi güllə səsi onun üçün adiləşib. Günün günorta çağı hərbi maşının saxlayıb kimisə güllələdiyi, qanı, naləni görüb. Müqaviməti bununla öyrənib. Həbs olunub, ona güllə tuşlayana qarşı daş atdığı üçün.
Öz vətənində əsir münasibəti görsə də, azadlığı üçün heç bir an da olsa tərəddüd etmədən savaşan...
P.S. Başına bombalar yağsa da, güllələr altında olsa da, qan, nalə, göz yaşı görsə də, onun bir amalı var AZAD FƏLƏSTİN! Bu müqaviməti isə heç bir qüvvə qıra bilməz. Öldürər, yandırar, məhv edər amma bu müqavimət qırılmaz!!!
Məhəmməd Əlizadə