Bu ayın əvvəlində (aprelin 2-də) Kəlbəcərin işğalının daha bir ildönümünü yaşadıq, gələn ayın 8-də isə Şuşanın işğalının ildönümünü qeyd etməyə hazırlaşırıq. 22 ildir bu acı tarixlə həmdərdik. 22 ildir ki, "Kəlbəcər bizim, Şuşa bizimdir" deyirik.
Görəsən, bundan sonra hələ neçə il bu xəyalla yaşayacağıq? Daha neçə il Şuşasız keçəcək? Bundan da ağır sual budur ki, “Bəs görəsən bu acı həqiqəti unutmamışıqmı?” "Bunu yaşayıb, yaşadırıqmı?" Qütb TV əməkdaşları da məhz bu suallar ətrafında düşünməyə çağırır.