POPULYARXƏBƏRLƏR

Nurçuların ucuz qiymətə satın aldığı xarici tələbələr

Türkiyədə nurçu camaatı xarici tələbələri özlərinə necə cəlb edir?

Türkiyədə 93 ölkədən 54 min xarici tələbə təhsil alır. Ən çox tələbə Türkmənistandan sonra Azərbaycandan (7 minə yaxın) gəlir.

Burada təhsil alan tələbələr həm savad, həm də dünya görüşü baxımından çox yüksək səviyyədə yetişirlər və buna görə də öz ölkələrinə qayıtdıqda yüksək rütbə və ya vəzifə qazanmaq şansları artır. Bu isə xarici ölkələrin dövlət dairələrinə nüfuz etməyi hədəf alan Fətullah Gülən camaatının maraqlarına uyğun olduğu üçün onlar xarici tələbə ovuna çıxırlar.

Türkiyədə fəaliyyət göstərən saysız-hesabsız xeyriyyə cəmiyyətləri var. Onlardan bəziləri tamamilə təmənnasız olaraq ehtiyaclı tələbələri axtarıb tapır və topladıqları zəkatlardan bu tələbələrə yardımlar edirlər. Bir çox hallarda isə bu xeyriyyə cəmiyyətləri tələbələrin özləri ilə birbaşa əlaqə qurmaqdan çəkinirlər. Belə tələbələr üçün bankda hesab açılır və hər ay müəyyən miqdarda hesabına pul yatırırlar. Müxtəlif məqsədlərlə fəaliyyət göstərən Fətullah Gülən camaatına məxsus xeyriyyə cəmiyyətləri və dərnəklərinin fəaliyyəti isə tamamilə fərqlidir. Bu cəmiyyətlər və ya dərnəklər burs (təqaüd) elanı verir və maraqlanan tələbənin qiymət cədvəlini, əlaqə məlumatını, tələbənin öz ölkəsində istifadə etdiyi telefon nömrəsini, ailə vəziyyəti haqda məlumatları və bir çox digər məlumatları tələb edirlər. Fətullah Gülən camaatının xeyriyyə mərkəzlərinin tələbələrə sadəcə maddi ehtiyaclarına görə deyil, həm də dərslərini yaxşı oxumalarına görə təqaüd vermələri onların məkirli düşüncələrini açıq bəyan edir. Əslində Gülən camaatının xeyriyyə cəmiyyətinin verdiyi təqaüd, digər cəmiyyətlərinkindən çox az olur (25-100 azn arası dəyişir).

Bu dərnək və cəmiyyətlər təqaüdləri tələbələrin bank hesablarına yatırmırlar, hər ay tələbələri öz ofislərinə dəvət edərək paylayırlar. Kifayət qədər geniş və gözəl bəzədilmiş bu ofislər tələbələrin diqqətini cəlb edir və onlarda bu hissi yaradır ki, ofisin sahibləri çox zəngin və böyük qüdrətə sahibdirlər. Bu isə tələbələrin onlara daha da bağlanmasına gətirib çıxarır.

Təqaüd verilən gün adətən ya tədbir və ya toplantılar keçirilir. Burada “abilərdən” bir neçəsi tələbələrlə səmimi söhbətlər edir və Fətullah Gülənin kitablarını paylayırlar. Xarici ölkələrdən gələn tələbələrin çoxluğu bu toplantılara xüsusi ab-hava qatır. Tələbələr burada bir-biri ilə yaxından tanış olurlar. Bir müddət keçdikdən sonra bu tədbirlərə Gülən camaatının yüksək rütbəlilərindən biri və ya bir neçəsi də qatılır və tələbələrlə görüş keçirilir. Natiqlikdə usta olan bu “abilərin” görüş zamanı istifadə etdikləri cümlələr və göstərdikləri münasibətlər tələbələrdə camaata qarşı yüksək rəğbət yaradır. “Abilər” sanki uzun müddətdir tələbələri tanıyır, onlarla birlikdə çalışır, bir hədəfə xidmət edirmiş kimi münasibət göstərirlər. Onların çıxışlarında Fətullah Gülən haqqında təriflər xüsusi yer tutur. Daha sonra “abi” özünün Fətullah Gülənlə birbaşa yaxın münasibətdə olduğunu vurğulayır və dünyanın bir çox yerlərində göstərdikləri fəaliyyətlərindən bəhs edir. Bu zaman qurulan cümlələlər diqqətçəkicidir. Onlar bu fəaliyyətləri elə təqdim edirlər ki, sanki tələbələr də bu fəaliyyətlərdə birbaşa iştirak etmiş və onların da bu işlərdə əməkləri var. Sözlərində “biz sizinlə birlikdə”, “sizlər olmadan”, “sizlərin dəstəyi ilə”, “sizlərin gələciyi üçün” kimi ifadələri eşidən tələbələr özlərini bu geniş fəaliyyət dairəsinin mərkəzində hiss edirlər.

Tələbələr sosial və ictimai baxımdan asılı vəziyyətə salınırlar

Birinci təqaüd verildikdən sonra mütəmadi olaraq hər bir tələbə ilə tez-tez ünsiyyət quran bir “abi” təyin olunur. Bu abi tələbələrlə sıx-sıx əlaqə saxlayır, keyf-əhvallarını soruşur, boş vaxt olduqda çay süfrəsinə və söhbət etməyə dəvət edir. Hətta yay tətillərində öz ölkələrinə gedən tələbələrlə belə əlaqə qururlar. Bu, həmin ölkədə fəaliyyət göstərən camaatın nümayəndələri, ya da bir neçə günlük buraya səfərə gəlmiş “abilər” tərəfindən həyata keçirilir. Türkiyədən qonaq gəlmiş “abi” toplantı təşkil edir və cəmiyyətə yeni üzv olmuş tələbələri digərləri ilə tanış edir.

Tələbələri nəzarətdə saxlamaq, onlar arasında ünsiyyəti artırmaq və onların cəmiyyətə sevgisini artırmaq məqsədi ilə tələbələr arasında bilik və idman yarışları da keçirilir. Bu yarışlarda ölkələr arası keçirilən oyunlar daha cəlbedici olur.

Tələbələrin iş adamları ilə tanışlığı

Türkiyə İş adamları və Sənayeçilər Konfederasiyasının (TUSKON) yaradılması fətullahçıların öz hədəfləri uğrunda atdıqları ən uğurlu addımlardan biridir. Türkiyənin hər yerindən 55 min iş adamı, şirkət sahibləri ilə əməkdaşlıq edən TUSKON-un bir çox ölkədə öfisləri və 140-dan çox ölkədə partnyorları var. TUSKON iş adamlarının biri-birləri ilə görüşlərini təşkil edir və onların idxal və ixracla bağlı işlərini həyata keçirmələrinə yardımlar edir. TUSKON-la əməkdaşlıq edən şirkətlər bilərəkdən və ya bilməyərəkdən fətullahçıların məqsədlərinə xidmət edirlər. İş hətta o yerə gəlib çatıb ki, kiçik türk şirkətləri və sahibkarlar inkişaf etmək üçün fətullah camaatına üzv olmağa ehtiyac duyurlar.

TUSKON hər il bir neçə dəfə 10 minlərlə iş adamının iştirakı ilə beynalxaq sərgi və ya biznes görüşləri həyata keçirir. Dərnəklərə üzv olan tələbələr bu sərgi və biznes görüşlərində tərcüməçi kimi iştirak edir və öz ölkələrindən və ya digər ölkələrdən gəlmiş iş adamları ilə tanış olmaq imkanı əldə edirlər. Bu mükəmməl mexanizm camaatın bütün üzvlərinin inkişafına xidmət edir.

Tələbələr təhsillərini bitirdikdən sonra artıq özlərini bu camaata borclu hesab edir və hər zaman onların xidmətində olmağa çalışırlar.

Qeyd etmək lazımdır ki, onlardan təqaüd alan hər bir tələbə onların hədəflərinin qurbanı olmur. Tələbələrin bir çoxu camaatın iç üzünü tanıyır, sadəcə maddi cəhətdən ehtiyaclı olduğu üçün onlardan təqaüd alır, lakin onların xüsusi tədbirlərində iştirak etmirlər. Hətta bəzi tələbələr onlara verilən kitabları ofisdən çıxdıqdan sonra zibil qutusuna belə atırlar.

Türkiyədə təhsil alan 7 minə yaxın tələbəmiz, vətənimizi, millətimizi, dövlətimizi çox sevməli və bu kimi camaatların düşüncələrinin gələcəkdə milli-mənəvi dəyərlərimizə zərbə vura biləcəyini dərk etməli və buna görə də onlardan uzaq durmağa çalışmalıdırlar. Bu məqsədlə bizim Türkiyədəki səfirliyimiz, konsulluğumuz, diasporamız tələbələrlə tez-tez əlaqə qurmalı, görüşməli və onların zərərli düşüncələrə yiyələnmələrinə və mütəşəkkil camaatlara qoşulmalarına mane olmalıdırlar.

 

islam.az



Yerləşdirilib:17 Aprel, 2014  16:59, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com