POPULYARXƏBƏRLƏR

Suriyada “Sumqayıt camaatı”nın əmiri əsir götürülüb

“Talış Aqil” ləqəbli Aqil Hacıyevin edam olunacağı bildirilir

İslam.az-ın APA-ya istinadən verdiyi məlumata görə, əsir götürülən şəxs “Cundu-Şam’’ silahlı qruplaşmasının tərkibində vuruşan “Sumqayıt camaatı”nın əmiri, “Talış Aqil” ləqəbli Aqil Hacıyevdir.

O, “Əl-Nüsra Cəbhəsi” silahlı qruplaşma üzvləri tərəfindən tutulub və şəriət qanunları ilə barəsində edam hökmü çıxarılıb. Onun yaxın günlərdə edam olunacağı bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, “Cundu-Şam’’ silahlı qruplaşmasının bütün üzvləri Suriya ərazisindən qovulub. Onların böyük əksəriyyətinin azərbaycanlı olduğu bildirilir.

Sumqayıt hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, Aqil Tağı oğlu Hacıyev Lənkəran rayonunun Boladi kəndində anadan olub. Sumqayıtda xəvarici dini təriqətinin üzvü olan bir xanımla ailə quran A. Hacıyev bir neçə il əvvəl ailəsini də götürərək Suriyaya gedib.

Hüquq-mühafizə orqanlarından A. Hacıyevin hazırda Suriyada olması barədə məlumatlara malik olduğunu bildirsələr də, onun əsir götürülməsi barədə xəbərsiz olduqlarını deyiblər.

Qeyd edək ki, xəvaricilərin Sumqayıtdakı əmiri Elçin Əkbərov isə Daxili İşlər Nazirliyinin 2013-cü ilin dekabrında keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib. E. Əkbərov ötən il dekabrın 11-də Sumqayıtda xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə ilə bağlı tutulub. Həmin insident zamanı Sumqayıt şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən 20-dən artıq şəxs həbs edilib.

Saxlanılan şəxslərin evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu aşkar edilərək götürülüb.

 

 

 

 

 

 

 



Yerləşdirilib:15 Aprel, 2014  19:56, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com