Dünən xəbər verdiyimiz kimi, Milli Məclisdə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi zamanı cinsi hüceyrənin donorluğu üzrə maddə ilə bağlı deputatlar arasında ciddi fikir ayrılığı baş verib. Belə ki, millət vəkillərinin bir qismi bu maddənin qanundan çıxarılmasını tələb etsə də, digər qismi saxlanılmasının tərəfdarı olduqlarını bildirmişlər. Qafqaz Müsəlmanları İdarəsi də bu maddənin qanundan çıxarılması üçün Milli Məclisin Sosial Siyasət komitəsinə şikayət ünvanlayıb.
Bəs İslam dininin süni mayalanma, cinsi hüceyrənin donorluğu məsələsinə baxışı necədir?
.jpg)
Bu suala aydınlıq gətirmək üçün İmam Rza məscidinin imam cüməsi Hacı Mirhəmid Məmmədovla əlaqə saxladıq. Həmsöhbətimiz bunları dedi:
“İslamda süni mayalanmaya bir neçə şərtlə icazə verilir:
Bu proses gərək qanuni ərlə arvad arasında olsun;
Əri olmayan qadınla spermasından istifadə olunacaq yad kişi arasında halallıq üçün kəbin oxunsun. Yəni əri ola-ola başqa kişinin spermasını bu qadının bətninə yerləşdirməyə şəriət icazə vermir və haramdı”.