Bir qrup tarixçi, araşdırmaçı, QHT fəalı, jurnalist, məmur, müəllim, tələbə, şagird 26 iyun – Silahlı Qüvvələr günü münasibətilə Şah İsmayıl Səfəvinin babası Şeyx Cüneydin Qusar rayonu Həzrə kəndində yerləşən məqbərəsini ziyarət edib. Ziyarət "Tarixinə sahib çıx" başlığıyla gerçəkləşdirilib. Tarixçi-alim, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədlinin təşəbbüsü ilə başladılan aksiya, Müasir İnkişaf Birliyi və "Gənclərin Töhfəsi" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Akiyanın keçirilməsinə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi dəstək verib. Aksiyaya təkcə paytaxt sakinləri deyil, eyni zamanda ölkənin bir sıra rayon və şəhərlərindən də iştirakçılar qatılıb.