Zilhiccə ayının 18-də (bu il avqustun 20-i) Qədir-Xum hadisəsinin ildönümüdür. Qədir-Xum hicrətin 10-cu ili (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum vahəsində baş vermiş məşhur hadisənin adıdır.
Məşhur dua kitablarından sayılan “Misbahül-Kəfəmi”də yazılıb ki, İmam Cəfər Sadiqdən (ə) soruşdular: “Müsəlmanlar üçün iki bayramdan (Fitr və Qurban bayramlarından) başqa bayram varmı?”.