POPULYARXƏBƏRLƏR

Ölən adət-ənənələr - Azərbaycanda yasda şənlənir, toyda qəmlənirlər...

Azərbaycan xalqının adət-ənənələri içərisində toy, yas mərasimlərin keçirilməsi xüsusi yer tutur. İnsanları bir araya gətirən və bir-birinə zidd olan bu iki məclisə son zamanlar yanaşma, münasibət  xeyli dəyişib.

Yasda deyib-gülən, toyda kefsiz, bikef oturanları müşahidə etmək kifayətdir ki, yuxarıda yazdığımızın şahidi olasan. İş o yerə çatıb ki, hətta yas yerində ölü ilə selfi çəkdirib, sosial şəbəkələrdə paylaşırlar. İnsanları bu qədər dəyişən nədir? Hislərin ölməsi, yoxsa başqa problemlər?

Mövzu ilə bağlı Modern.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu deyir ki, əvvələr toy olanda hamı sevinirdi, indi belə deyil:

“Əvvəllər toy insanları ağır iqtisadi çətinliklərlə üz-üzə qoymurdu. Hər kəs öz büdcəsinə uyğun süfrə açırdı. Çox az miqdarda pulla toyu yola vermək mümkün idi. Ən gözəl tərəfi də o idi ki, toy sahibləri düşünmürdü ki, qonaqlar bu toya nə qədər pul verəcək. Hamı yığışıb, şənlənirdi, sonda yaxın adamlar gəlinə yaylıq, bəzək əşyası bağışlayırdı. İndi elə olur ki, bir ayda 6-7 toya dəvət alırsan. Elə o toyun dəvətnaməsi gələndə insanı kədər basır. Çünki indi orta əməkhaqqı 300 manatdırsa, gərək nəsə başqa işlərlə məşğul olasan ki, toya pul yazdıra biləsən. Toya gələnədək pul məsələsi adamı elə yorur ki, artıq çənlik mərasimində insanda  mənfi ovqat yaranır.

Mərasimdə ifa olunan musiqilər də ortayaşlı və yaşlı nəslin demək olar ki, zövqü ilə üst-üstə düşmür.  Belə olan halda adamlar məcburən oturduqları bir ortamdan, qəlbən sevinmədikləri  bir yerdən razı qala, əylənə bilməzlər”.

Yas mərasimlərindəki vəziyyətə toxunan sosioloq bildirir ki, doğrudan da son vaxtlar kişilər yas çadırını az qala zarafat məkanına çeviriblər:

“Kişilərlə yasda eyni ortamda olduğumdan bu halı müşahidə edirəm.  Mərasim zamanı kimisi zarafat edir, kimisi  gələnlərdən birini lağ-lağaya qoyur. Buna da səbəb odur ki, insanlar arasında münasibətlər köklü dərəcədə dəyişib.  Əvvəllər münasibətləri tənzimləyən aparacı xüsusiyyət mənəvi dəyərlər idi. İndi mənəvi dəyərlər arxa plana keçib”.

Sosioloqun sözlərinə görə, televiyazalardakı qeyri-ciddi, “şit” verlişlər insanların xarakterinə çox təsir edib:

“Bütün günü televiziyada yüngül xarakterli verlişlər yayımlanır. Bu da bilavasitə insanların əhval və xarakterinə çox ciddi təsir edir. Şou xatirinə  qeyri-ciddi, yüngül xarakterli insanları efirə çıxarmaq və məqsəd kimi yalnız güldürən verlişlərin olması cəmiyyətə əhəmiyyətli dərəcədə təsir edir.

İnsanların yasa, toya qarşı münasibətləri cılızlaşır hər şeyi adi qəbul edirlər. Ümumilikdə insanın  davranışına olduğu mühit, aldığı informasiyalar, üstünlük verdiyi dəyərlər mühüm təsir edir. Toy və yasda özünü aparmaq birinci növbədə insanın psixologiyasından, xarakterindən aslıdır. Mühit olaraq da görür ki, ətrafındakılar toy-yas mərasiminə adi yanaşır ki, onda da bu cür münasibət yaranır”.

Mənbə: modern.az



Yerləşdirilib:5 İyul, 2019  13:30, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com