POPULYARXƏBƏRLƏR

“Nəsimi İli” çərçivəsində keçirilən şeir müsabiqəsinə yekun vuruldu (FOTO)

2019-cu ilin ölkə başçısı tərəfindən “Nəsimi İli” elan olunması ilə əlaqədar tədbirlər çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Nəsimidən Fizuliyə - Azərbaycan klassik poeziyasının dahiləri” adlı ədəbi-bədii gecə keçirildi.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Dini Araşdırmalar Mərkəzi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirdə, eyni zamanda bu ilin əvvəlindən gənc şairlər arasında elan olunmuş şer müsabiqəsinə yekun vurulmuş və müsabiqənin qalibləri də mükafatlandırıldı.

Tədbiri təşkilatçı qismində giriş sözü ilə açan Dini Araşdırmalar Mərkəzinin rəhbəri Natiq Rəhimov bu kimi müsabiqələrin klassik poeziyamızı gənclər arasında populyarlaşdırmaq, daha yaxşı tanıtmaq və ənənələri qorumaq istiqamətindəki məqsədləri barədə iştirakçıları məlumat verdi. Qəzəlxan şair Arif Buzovnalı orta əsrlər Şərq irfan poeziyasında hər iki şairin yaratdıqları məktəb, eləcə də onların poetik simvolları barədə çıxış etdi. Azərbaycan Musiqi Akademiyasının professoru, filoloq Tərlan Quliyev Nəsimi və Füzulinin Azərbaycan və Şərq poeziyasında oynadığı rolu, o cümlədən, bu şairlərini poeziyası arasında olan fərqlər barədə məruzə ilə çıxış etdi. Azərbaycan Yazarlar Birliyinin (AYB) katibi, şair və esseist  İlqar Fəhmi öz çıxışında bu cür tədbirlərin keçirilməsinin Nəsimi və Füzuli irsinin Azərbaycanda qorunmasını xüsusi vurğuladı.

Daha sonra qaliblərin (1-ci yer – Kamal Hüseynzadə, 2-ci yer – Vəlixan Abdullauev, 3-cü yer – Xəyal İsmayılov), eləcə də yaradıcılığı ilə fərqlənən şairlərin (Tahirə Bərraq, Əlhəm Hüseyzadə) adları elan edildi və onlar iştirakçılar qarşısında öz şeirlərini oxuduqdan sonra mükafatlarla təltif olundular.

Daha sonra İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov, eləcə də tədbirə xarici qonaq qismində qatılmış İraq Respublikası nümayəndəsi Əli Mutar Əl-Şükri çıxış edərək “Nəsimi İli” təşəbbüsünün Azərbaycan ədəbiyyat və mədəniyyətin qorunması və dünyada tanıtdırılmasına yönəlmiş əhəmiyyətli addım olduğunu, bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd etmişlər.

Tədbir muğam ustalarının musiqili proqramı ilə davam etmişdir.

 



Yerləşdirilib:22 İyun, 2019  13:16, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com