Bir gün bir kişi İslam Peyğəmbərindən (s) "elə çirkin işlər yoxdur ki, görməmiş olum. Tövbəmin qəbul olması və Haqqa qayıtmağım üçün bir yol varmı?" deyə soruşur. İslam Peyğəmbəri (s) o kişidən soruşur:
"Ata-anandan sağ olanı varmı?". O kişi cavabında "atam sağdır" deyir. Peyğəmbər (s) "get və ona yaxşılıq et" söyləyir.
Həmin kişi getdikdən sonra Peyğəmbərin (s) "Ey kaş anası sağ olaydı" dediyi nəql olunur.
(Kafi, c. 2, s.158, 1-ci hədis.)