Qətərin paytaxtı Doha şəhərində keçirilən 10-cu Doha Forumunda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva toplantıda çıxış edib.
"Azərbaycan Qəzza zolağına humanitar yardım aparan gəmi karvanının İsrail hücumuna məruz qalmasını pisləyir". Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib.
Moskvada Rusiyanın tanınmış müsəlman ilahiyyatçısı Azər Əliyev vəfat edib. APA-nın məlumatına görə, 55 yaşlı ilahiyyatçı uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Azərbaycan prezidenti İlham Əliyev Əjdərbəy məscidində yenidənqurma və təmir işlərinin yekunlaşması ilə bağlı maliyyə vəsaitinin ayrılması barədə sərəncam imzalayıb.