"Baş vermiş hadisə bizi çox narahat edir. Biz də narahatıq ki, humanitar karvan silahlı hücuma məruz qalıb".
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İsrail hərbçilərinin Qəzzaya humanitar yardım aparan gəmilərə hücumuna münasibət bildirərkən deyib. Şöbə müdiri bildirib ki, bu hadisədə insanların həlak olmasını, yaralanmasını pisləyir: "Bununla bağlı artıq müxtəlif bəyanatlar verilib, mənə elə gəlir ki, baş vermiş hadisə ilə bağlı təhqiqat aparılmalı və bu hadisəyə ədalətli qiymət verilməlidir".